Astarada 3 mərtəbəli evə ildırım düşdübackend

Astarada 3 mərtəbəli evə ildırım düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Respublikada havanın kəskin surətdə soyuması, ölkəmizin müxtəlif bölgələrində qar və sulu qarla müşayət olunur. Cənub zonasında bu axşam fasiləsiz yağan yağış, güclü külək, həyətlərin su altında qalması və şimşək çaxması müxtəlif fəsadlara yol açıb.
Belə ki, Astaranın Şiyəkəran kəndinin sakini Dadaşov Zöhrabın evini gecə saat 10:00 radələrində ildırım vurub. Gecə saatlarında baş verən bu təbiət hadisəsi nəinki ev sakinlərinə , hətta bütün kənd camaatına qorxulu anlar yaşadıb. Zöhrab Dadaşovun İnterpress.az-a verdiyi açıqlamaya görə, evə xeyli sayda maddi ziyan dəyib.Üç mərtəbəli evin dam örtüyü yerindən oynamış, qapı və pəncərələr, bütün elektrik xətti sıradan çıxmışdır. Zöhrab Dadaşov daha sonra deyib:”Axşam möhkəm göy gurultusu baş verdi və birdən evə ildırım düşdü. Evdə bir anda hər şey qarışdı. Elektrik cihazları və elektrik xətti sıradan çıxdı. Mən bu hadisə ilə əlaqədar yerli orqanlara və FHN-nə xəbər verdim. İndi onların gəlməyini gözləyirik.” Xatırladaq ki, Z. Dadaşovun evinin ildırım vurması, qonşuluqda yerləşən başqa evlərin elektrik xətlərinə də xeyli ziyan vurub. Şiyəkəran kənd sakinləri bildirirlər ki, kəndə ildırım düşmə hadisəsi, ilk belə hadisə deyil. Bu kənddə yaxın illərdə də bir neçə dəfə bu cür hadisənin baş verdiyi müşahidə olunub. Hadisədə xəsarət alan yoxdur.

Astarada 3 mərtəbəli evə ildırım düşdü

Astarada 3 mərtəbəli evə ildırım düşdü

İnterpress.az