Məlumata görə, iki nəfər motosikletlə müəllimə yaxınlaşıb və odlu silahla bir neçə dəfə ona atəş açaraq hadisə yerindən qaçıblar.
Yaralanan müəllim xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Sərdəşt şəhərinin prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Hələlik yaşlı müəllimin hansı məqsədlə öldürüldüyü açıqlanmayıb.
İnterpress.az