İranda “Yəmani firqəsi” qadağasıbackend

İranda “Yəmani firqəsi” qadağası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İran mətbuatına istinad edərək xəbər verir ki, Ərdəbil əyalətinin prokururu Mikail Vətənxah, Sərab şəhərində üç nəfərin “Yəmani firqəsi”-nə təşviq etmə ittihamı ilə həbs edildiyini açıqladı.
O, mətbuat nümayəndələri ilə keçirdiyi bir konfransda, dedi ki, həbs edilən şəxslərin cinayət işi, artıq məhkəmə orqanlarına təqdim edilib.
M.Vətənxahın açıqlamasına görə, həbs edilənlərdən adını açıqlamadığı birinin, bir ara İsveçrədə yaşadığını, sonra isə yenidən Sərab şəhərinə köçdüyünü və burada İranda rəsmən qadağan edilən Əhməd əl- Yəmaninin “Yamani firqəsi”-nin təbliğatı ilə məşğul olub.
M.Vətənxah dedi: “Həbs edilən bu şəxs, gəncləri din yolundan azdıraraq, “din təbliğatı” pərdəsi altında bu firqəyə dəvət etməklə məşğul olub. Diqqətinizə çatdırıram ki, Əhməd Həsən əl-Yəmani adlı bir adam, İraqda Səddam Hüseyn hakimiyyətinin son illərində yeni bir dini hərəkat yaratdı.”

Xatırladaq ki, bu firqənin üzvləri iddia edirlər ki, onların lideri Əhməd Həsən əl Yəmani 12-ci imamla “danışır “ və ondan “dini təlimatlar” alır.
“Yəmani firqə”-sinin dini fəaliyyəti İranda rəsmən qadağan edilib.
İranda keçən əsrdə əmələ gəlmiş bir çox mistik və fəlsəfi cəryanlar, İİR-nın rəhbərliyi tərəfindən qadağan edilib. Bu dini cəryanlar ölkədə “Qərb ölkələrinin formalaşdırdığı dini cəryanlar” kimi təbliğ edilir.

İnterpress.az