Interpress xəbər verir ki bunu Trend-in sorğusuna cavab olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bildiriblər. Verilən məlumata görə, \”TIR\” Parkının tikintisi üçün layihə hazırdır: “Parkın istifadəyə verilməsi ilə \”TIR\” sürücülərinə göstərilən xidmət yaxşılaşacaq. Bununla da təkcə Liman deyil, həm də ümumilikdə Azərbaycan iqtisadiyatına töhfə veriləcək. Bundan başqa, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq müəyyən müddətdir ki, “pre-booking” sistemi üzərində işləyir”.
Limandan pre-booking-in çox böyük önəmi vurğulanıb və bildirilib ki, sözügedən sistem vasitəsi ilə \”TIR\” sürücüləri artıq öz ölkələrində onlayn qaydada biletlərini ala biləcəklər: “Beləliklə də, artıq Bakı Limanında onlar hansı gəmi ilə, saat neçədə gedəcəklərini əvvəlcədən biləcəklər. Bu da göstərilən xidmətin yaxşılaşdırılmasına xidmət edəcək”.
İnterpress.az