Milli Məclisdə “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul edilibbackend

Milli Məclisdə “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu bu gün “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı I vitse-spiker Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, kimsə, hansısa qrup Azərbaycanın dövlət quruluşuna qarşı çıxırsa, bu, ən böyük cinayətdir: “Konstitusiyada aydın yazılıb ki, din dövlətdən ayrıdır. Nardaranda məsciddə nə işlə məşğul idilər? Yaxud qara bayraqlar asırlar, bunu imamların adı ilə bağlayırlar. Bir əsr əvvəl Sabir, Axundov və başqaları dini xurafata qarşı mübarizə aparıblar, biz də bu gün mübarizə aparırıq. Görün, o kişilər nə qədər böyük olublar?! Baxıram, Nardaranda 2-3-cü sinif uşaqları necə tərbiyə olunurlar? Azərbaycan dövləti 1990-cı illərin dövləti deyil ki, kim istəsə, bir bayraq taxsın. Məscidlərdə bir bayraq – Azərbaycanın dövlət bayrağı taxıla bilər. Bu, dövlət Heydər Əliyevin əmanətidir. Əmanətə xəyanət edən cəzalandırılacaq”.

Daha sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

İnterpress.az