Milli Məclisdə Azərbaycanda dini təhsilin ödənişsiz olması təklif edilibbackend

Milli Məclisdə Azərbaycanda dini təhsilin ödənişsiz olması təklif edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın məlumatına görə, Z. Oruc deyib ki, hazırda xarici ölkələrdə dini təhsil alan gənclər də sosial şəbəkələrdə müzakirələr zamanı dini təhsilin Bakı İslam Universitetində ödənişli olması səbəbindən xaricdə pulsuz dini təhsil aldıqlarını bildiriblər.

Z. Oruc qeyd edib ki, Azərbaycanda da xarici ölkələrdəki kimi dini təhsil pulsuz olmalıdır. Millət vəkili hazırda xaricdə 3 minə qədər gəncin dini təhsil aldığını və onların hüquqları məsələsinin müzakirə olunmasını vacib sayıb.

Millət vəkili müxtəlif şəxslərin yas mərasimlərini idarə etdiyini xatırladıb: “Dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilən axundlar tərəfndən idarə edilməli olduğu qanunda əksini tapıb. Yas mərasimləri bura daxildirmi? Bu məsələyə də aydınlıq gətirilməlidir”.

Interpress.az