Interpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cənub Regional mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Girdəni kəndində leysan yağışları nəticəsində bir ailənin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri həyətyanı sahənin su basması nəticəsində evdə köməksiz vəziyyətdə qalmış 4 nəfəri təhlükəsiz əraziyə çıxarılıblar.
Interpress.az