İnterpress.az-ın məlumatına görə, edilən dəyişikliyə əsasən, bir ay müddətində 7 gündən çox dərs buraxan şagirdin valideyni 100 manat cərimə olunacaq. Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə tətbiq ediləcək.
Daha sonra dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.
İnterpress.az