İnterpress.az Güneyli mənbəyə istinadən xəbər verir ki, məlumata görə, şəhərin müxtəlif məntəqələrində, hazırda Təbrizin mərkəzi zindanında həbsdə saxlanılan fəalla bağlı, üzərində bir sıra şüarlar yazılmış posterlərə rast gəlinir.
Bildirək ki, Azərbaycanlı milli-mədəni fəallar Rəsul Rəzəvi və Fərdin Əfruziyan iki gün öncə Təbrizin mərkəzi zindanının karantin bölümünə köçürülüb.
Xatırladaq ki. Rəsul Rəzəvi noyabrın 12-də (abanın 21-də) Təbrizdə mülki geyimli məmurlar tərəfindən döyülərək tutulub. Səccad və Fərdin Əfruziyan isə həmin gün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən yaxalanıb. Onlar Məlikkəndində yerləşən şəxsi evlərində məmurların hücumuna məruz qalaraq yaxalanıblar.
İnterpress.az