İnterpress.az-ın Rusiya DİN Baş İstintaq İdarəsinin saytına istinadən verdiyi məlumata görə, onlar sonuncu belə əməli noyabrın 20-də törədiblər. Moskva sahibkarlarından birini oğurlamağa çalışsalar da, buna nail ola bilməyiblər.
Hadisədən 6 gün sonra isə saxlanılıblar. Yaşadıqları ünvanda axtarış zamanı soyuq silah və noyabrın 20-də hadisə yerindən qaçdıqları avtomobil aşkarlanıb.
Məlum olub ki, onlardan biri daha əvvəl Azərbaycanda qətl hadisəsi törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda həmin şəxslərin daha hansı cinayətlər törətdiyi araşdırılır.
İnterpress.az