İnterpress.az \”GAMAC\” saytına istinadən xəbər verir ki, Ərdəbil şəhərində İmam Hüseynin Ərbəyin mərasimində Nardaranda baş verən son hadisələrlə bağlı çoxsaylı Bildiriş yayılıb. Rejimin əlaltıları tərəfindən hazırlanan bildirişlər Ərdəbilin bütün məscidlərində mərasim iştirakçıları arasında paylanıb. Bildirişlərdə 5 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən Nardaran hadisələri və Taleh Bağırovla bağlı məlumat dərc olunub. Gözlənildiyi kimi, T.Bağırov və onun yandaşları günahsız bir şəxslər kimi təqdim olunub və Azərbaycanın hökumət qüvvələrinə qarşı ifadələr yer alıb. Bildirişdə yenə də Azərbaycan dövləti dinə qarşı çıxmaqda suçlanılıb.
İnterpress.az