Güney Azərbaycanda yol qəzalarında onlarla insan ölüb və ya yaralanıbbackend

Güney Azərbaycanda yol qəzalarında onlarla insan ölüb və ya yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Güneyli mənbəyə istinadən xəbər verir ki, son məlumata görə, Təbriz-Ərdəbil yolunda bir avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 28 nəfərin ölüb.Yaralananların da olduğu xəbər verilir.
Şərqi Azərbaycan Təcili Tibbi Hadisələr Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, xəbəri təsdiqləyərək baş verən hadisədə 26 nəfərin müxtəlif dərəcədə xəsarət aldığı və 2 nəfərin hadisə yerində öldüyünü bildirib. Həbib Hüseynqulizadə bildirib ki, yol qəzasında xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Qəzvin Vilayəti Yol Polisi İdarəsinin rəisi isə bu vilayətdə baş verən başqa bir yol qəzası ilə bağlı məlumat verib. Cənab Zeynəli bildirib ki, Qəzvin-Kərəc caddəsində Xavər və Volvo markalı yük maşınlarının toqquşması nəticəsində Xavərin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həlak olub. Onun sözlərinə görə, hadisəyə Xavər markalı maşının sürücüsünün ehtiyatsızlığı səbəb olub.
Xatırladaq ki, xəbər verdiyimiz kimi, son iki gündə Zəncan-Qəzvin və Salmas-Urmiyə caddələrində baş verən yol qəzalarında 4 nəfər ölüb və 8 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Güney Azərbaycan caddələri uzun illərdir çoxsaylı soydaşımızın ölümünə səbəb olub. İran rejiminin caddələrin vəziyyətinə laqeyd yanaşması, bu caddələrdə baş verən qanlı yol qəzalarının sayını artırıb.

Interpress.az