Avropa Rohinya Heyətinin üzvü Dr. Ambia Perveen Arakan müsəlmanlarına qarşı edilənləri soyqırım adlandırıb. Onun sözlərinə görə, Arakan əhalisinin sayı 2 milyondan yarım milyona enməsi əsl soyqırımdır.
İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Avropa Rohinya Heyətinin” üzvləri, regionda baş verən problemlərin uzunmüddətli həll üçün beynəlxalq cəmiyyəti yardıma çağırıb.
Hazırda təxminən 1 milyon arakanlı müsəlmanın Səudiyyə Ərəbistanı, Banqladeş, Malayziya, Pakistan və Avropa ölkələrininə qaçqın düşərkən, dünya ictimaiyyətinin bu vəziyyətə səssiz qalmasına vəziyyəti daha da gərginləşdirir.
Strateji əhəmiyyəti və yeraltı sərvətlərinə baxmayaraq, yoxsulluq içində yaşayan bölgədəki müsəlmanların bir çoxuna mərkəzi hökumət tərəfindən kimlik kartı belə verilməyib.
İnterpress.azhttps://youtube.com/watch?v=_xRhPY_MvYc