“İnterpress” strateq.az-a istinadən xəbər verir ki, maliyyə xəyanətində suçlanan Cahangir Hacıyev dünən gecə saatlarında DİN-in müvafiq qurumlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların “çirkli pullar”ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur.
Xatırladaq ki, Canahgir Hacıyev həm də 17 oktyabrda vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Onun bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı.
***
“Qafqazinfo” xəbər verir ki, bu gün səhər saatlarından bəri Cahangir Hacıyevin həbsi ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmaqdadır. Keçmiş bankir DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) keçirdiyi gizli əməliyyat nəticəsində tutulub.
Bir daha qeyd edək ki, Hacıyevin həbsi gözlənilən idi və bununla bağlı mətbuatda hələ bir neçə ay öncə məlumatlar öz əksini tapmışdı.
*******
Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev həbs edilib.
Maliyyə xəyanətində suçlanan Cahangir Hacıyev dünən gecə saatlarında DİN-in müvafiq qurumlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların “çirkli pullar”ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur…
Xatırladaq ki, Canahgir Hacıyev həm də 17 oktyabrda vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Onun bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı. ( strateq.az )
İnterpress.az