RİA “Novosti” agentliyinin xəbərinə görə, Hindistanın Racastrxan əyalətində pikap tipli avtomobil yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.
Nəticədə 11-i qadın olmaqla 14 nəfər yerindəcə ölüb, daha 4 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.
Pikapda olan fəhlələr növbədən evə qayıdırmış.
Qəzanın səbəbləri dəqiqləşdirilir.(apa)
İnterpress.az