İtkilər daha çox ola bilərdi. Dəhşətli tufan, 10 metrədək şahə qalxan dalğalar, soyuq, qaranlıq, helikopterlərə və gəmilərə mane olan təbii şərait.
Amma bütün bunlar 32 nəfəri xilas etməyə mane olmadı. Fövqəladə Hallar Nazirliyi əməkdaşları bu qurumun tarixində ən təhlükəli əməliyyatı fədakarcasına başa çatdırdılar.
ANS-in efirində \”Hesabat\”ın qonağı, əməliyyata birbaşa rəhbərlik edən şəxs FHN Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin I müavini, general-mayor Məhərrəm Həsənov olub. \”Hesabat\”ın suallarına cavab verən Məhərrəm Həsənov xilasetmə əməliyyatının çətinliklərindən danışıb.
– Neçə dəqiqədən sonra hadisə rayoundaydız?
– İlk öncə itkin düşən insanların ailələrinə, yaxınlarına Allahdan səbr diləyirəm. Hadisə dekabrın 4-də baş verib. “Günəşli” yatağında həmin vaxt Fövqəladə Hallar Nazirliyinin bir gəmisi növbədə idi. Yanğından 25 dəqiqə sonra gəmi hadisə yerindəydi. Amma gəminin hadisə yerinə çatmasına baxmayaraq, hava şəraitinin əlverişsiz olması səbəbində platformaya yaxınlaşa bilmirdi. Nazirliyə bununla bağlı məlumat daxil olandan sonra müvafiq xilasetmə qrupları hazırlıq vəziyyətinə gətirildi. Biz mövcud vəziyyəti, yəni hadisə yerindəki hava şəraitini və riskli əməliyyatın olmasını qiymətləndirərək işlərə səhər saatlarında başlamağa qərar verdik. Səhər saat 8:05 radələrində Fövqəladə Hallar Nazirliyinin 4 ədəd helikopteri mən daxil 15 xilasedici ilə birlikidə hadisə yerinə yollandıq.
– Siz orda rəhbərlik edirdiniz?
– Bəli. Mən orda rəhbərlik edirdim. Xilasediciləri iki qrupa ayırdıq və qrupları iki ayrı helikopterə yerləşdirdik. İkinci xilasetmə qrupuna rəhbərliyi özüm edirdim. Hadisə yerinə 25-30 dəqiqəyə getdik. İlk olaraq ərazi üzrə kəşfiyyat aparıldı. Ona görə ki, hadisənin baş verdiyi yerdə alov çox yüksəklərə qalxırdı. Mənim olduğum helikopter iki dəfə ora yaxınlaşmağa cəhd etdi. Amma buna nail olmadı. Nəticədə helikopterin biri 5 saylı, ikincisi isə 3 saylı blokun üzərinə oturdu. Ordan bəzi məsləhətlər, göstərişlər aldıq. Bizə bildirdilər ki, “AZAL”a məxsus bir ədəd sərnişin helikopteri gələcək. Onunla siz havaya qalxırsız. Helikopter gəldi və biz o hekopterə mindik. Helikopter bizi birbaşa yanan bloka apardı. Qeyd edim ki, bizə bildirilmişdi ki, helikopter yalnız orada 5-6 saniyə qalacaq və bu müddət ərzində helikopterdən enməlisiniz. Çünki helikopterin orda dayanması çox təlükəli idi. Sonda mən daxil helikopterdə olan bütün xilasedicilər avadanlıqlarla bərabər aşağı tullandıq. Tullandıqdan sonra helikopter ərazini tərk etdi. Digər qrup xilasedicilər isə Müslüm Maqomayev adlı gəmilə yanan platformaya gətirildi. Ümumilikdə 15 nəfər xilasedici ilə birlikdə əməliyyata başladıq. O zaman başa düşdüm ki, biz çox təhlükəli bir ərazidəyik. Bizi orda ilk olaraq üç insan qarşıladı, hansı ki, platformanın üstündə qalmışdılar. Onlar xilasedici qayıqlara minməmişdirlər. O üç nəfər platformada qalırdı. Onlar orda idilər.
Daha ətraflı video-reportajda baxa bilərsiniz.
İnterpress.az