Dalğıclar 10-cu platformanın altındabackend

Dalğıclar 10-cu platformanın altında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 4-də güclü yanğın baş verən “Günəşli” yatağındakı 10-cu özüldə itkin düşənlərin axtarışına daha iki gəmi cəlb edilib.

“Azneft” İstehsalat Birliyindən ANS PRESS-in əldə etdiyi məlumata görə, hadisə yerində axtarış xilasetmə işləri davam edir. Bu gün dalğıclar estakadanın altında axtarış aparmaq üçün işə başlayıblar.

Külək şimaldan əsdiyi üçün itkin düşənlərin meyitlərinin burada olacağı ehtimal edilir.

Bundan başqa Buzovna istiqamətində beş dəst geyim aşkarlanıb. Xilasedicilər dərhal adıçəkilən istiqamətdə işə başlasalar da bunların balıqçı geyimi olduğu müəyyən edilib.

Yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

Dalğıclar 10-cu platformanın altında

Yanğın baş verən platforma

Hadisə ilə bağlı SOCAR, FHN və Respublika Baş Prokurorluğunun birgə açıqladığı məlumatda 33 nəfərin təxliyyə edildiyi, 1 nəfərin isə cəsədinin sudan çıxarıldığı (1965-ci il təvəllüdlü Ramiz Nüsrəddin oğlu Həsənov- red. ) bildirilir. 29 nəfərin axtarışları davam etdirilir.

Interpress.az