İnterpress.az Güneyli mənbəyə istinadən xəbər verir ki, qəsdən adamöldürmədə təqsirli bilinən müttəhimlər, Möhsün Qomşadzehi, Möhsün Piri və Əziz Sarani dekabrın 5-i və 6-sı sübh saatlarında İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin zindanında dar ağacından asılıb.
Həmçinin, 2012-ci ildə ərinə xəyanətdə (zinada) və onun qətlində günahlandırılaraq tutulan F.Zəncaniyan adlı bir qadın dekabrın 6-sı sübh saatlarında İranın Qəzvin şəhərinin həbsxanasında dar ağacından asılıb.
Qeyd edək ki, son aylarda İranda edamların sayı kəskin artıb.
İnterpress.az