Möhsün Rzayi:“İŞİD neftinin Türkiyəyə satılması barədə əlimizdə sənədlər var”backend

Möhsün Rzayi:“İŞİD neftinin Türkiyəyə satılması barədə əlimizdə sənədlər var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, Türkiyəni İŞİD neftini satın almaqda günahlandıran Möhsün Rzayi deyib ki, bu iddianı sübut etmək üçün İranın əlində dəlil-sübutlar var: “İŞİD neftinin Türkiyəyə satılması barədə əlimizdə sənədlər var. İranın Suriyadakı müstəşarları İŞİD neftini Türkiyəyə daşıyan bütün TIR-ların hərəkət istiqamətlərindən şəkillər çəkib, lentə alıblar. Bunlar yayılası sənədlərdir. Əgər Türkiyə hökuməti İŞİD neftinin bu ölkəyə satılmasından xəbərsizdirsə, biz bunu sübut edən sənədləri onların ixtiyarına qoya bilərik.
Hesab edirəm ki, terrorizm problemi ilə üz-üzə qalan ölkələr soyuqqanlılıqla öz aralarındakı çaxnaşmanı azaldıb ortadan götürməli, İŞİD-in məhvi üçün bütün güclərini səfərbər etməlidirlər”.
Xatırladaq ki, dekabrın 3-də jurnalistlərlə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın, oğlu Bilal Ərdoğanı İŞİD-lə əlaqədə olmaqda günahlandırmasını rədd edərək bu barədə Moskvadan başqa İrana da xəbərdarlıq etdiyini bildirib: “Bundan əvvəl İran televiziyası da belə bir addım ataraq bu barədə əks məlumatlar yaymışdı. Mən İran prezidentinə zəng vurub dedim ki, siz böyük səhvə yol verirsiniz və bu səhvi təkrar edəcəyiniz təqdirdə kəskin bir cavab alacaqsınız. Bu isə sizə çox baha başa gələcək. Bütün bunlar ağ yalan və böhtandan başqa bir şey deyil. Bundan başqa kiminsə ailəsini mediada müzakirəyə çıxarmaq müsəlmanlığa yaraşmayan bir hərəkətdir. Bu həm də əxlaq prinsdiplərinə ziddi addımdır. Təəssüflər olsun ki, “təqiyyə” əsasında qurulan sistemlər bu kimi yalan və iftiralardan çox faydalanırlar”.
Rəsmi Tehranın sözçüsü Hüseyn Cabir Ənsari isə dekabrın 4-də jurnalistlərə açıqlamasında Ərdoğanın İranla bağlı həmin bəyanatına reaksiya verib: “Suriya və İraqda terrorizmə dəstək verməyə gətirib çıxaran hər hansı bir siyasi mövqe və ya aparılan siyasət, yalnız bölgədəki mövcud böhranın daha da dərinləşdirilməsinə gətirib çıxaracaq. Bu, həm də belə bir siyasəti yürüdən ölkələrə problemlər yaradacaq. İran bu siyasətin dəyişdirilməsini, regiondakı bütün ölkələrin terrorizm və ekstremizmə qarşı birgə mübarizə aparmasını müsbət qarşılayır, bu istiqamətdə öz qonşuları ilə əməkdaşlığa hazırdır”.

İnterpress.az