İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, Tehran və Ankara arasında başlayan şifahi söz hücumlarının fonunda, Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi, iki ölkə prezidentləri arasında baş tutan telefon danışıqlarının getdiyi bir zamanda, bəzi İran rəsmilərinin atdığı addımlar və verdiyi bəyanatları, \”siyasi ədəbsizlik\” və İran xalqını aldatmaqdan başqa bir şey olmadığını bəyan etdi.
Türkiyə XİN-nin sözçüsü Tanju Bilgiç verdiyi açıqlamada “İranın bəzi rəsmilərinin verdiyi açıqlama və bəyanatlarda iki ölkə başçısı Həsən Ruhani və Ərdoğan arasında baş tutan telefon danışıqlarının təhrif edilmiş şəkildə İran xalqına çatdırılması “siyası ədəbsizlik”dir dedi.
O, İranlı həmkarının və diğər İran rəsmilərinin verdikləri son açıqlamaları kəskin tənqid edib.
İnterpress.az