Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Səfər dekabrın 9-da gerçəkləşəcək.
Xatırladaq ki, Türkiyə hökumətinin İraqın şimalına yeni hərbi qüvvə göndərmək barədə qərarı İraq hökumətinin kəskin etirazına səbəb olub. Belə ki, Türkiyə rəhbərliyi 2 ildir İraqda yerli kürd, ərəb və türkmən qruplarına təlim keçən hərbçilərinin sırasını genişləndirərək oraya azı 150 hərbçi və 25-ə qədər tank göndərib. İraq hökuməti isə bunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib və Türkiyə hökumətindən öz hərbçilərini İraq ərazisindən dərhal çıxarmağı tələb edib.
Interpress.az