Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bununla bağlı göstəriş verib.
Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizində baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib, ölənlərə rəhmət, xəsarət alanlara şəfa diləyib.
QMİ sədri bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbir və məğfirət, yaralılara şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyir: “Allah Vətənimizi hifz etsin!”
Interpress.az