Zəvvarlar təhlükəli  uşaq oyuncaqları gətirdilərbackend

Zəvvarlar təhlükəli uşaq oyuncaqları gətirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, ötən gün İranla İraq sərhəd-buraxılış məntəqələrində sərhədçilər yoxlamalar apararkən bir neçə şübhəli bağlama aşkarlanıb və müsadirə olunub.

Bunu İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Hüseyn Zülfüqari deyib.

H.Zülfüqari deyib ki, İraqla sərhəddə yerləşən Xuzestan və İlam əyaləti sərhədlərində yoxlamalar zamanı müsadirə olunan bağlamalarda aşkarlanan oyuncaqlarda partlayıcı maddələr quraşdırıldığı məlum olub və hazırda bu məsələ araşdırılır.

H.Zülfüqari Ərbəin münasibəti ilə İraqa səfər etmiş İran vətəndaşlarına səslənərək bildirib ki, oyuncaqlar alan zəvvarlar sərhəd-buraxılış məntəqələrində təhlükəsizlik orqanlarının nümayəndələrinə bu barədə məlumat versinlər.

\”Təhlükəsizlik qüvvələri sərhədlərdə nəzarəti gücləndirib. Lakin lazımdır ki, vətəndaşlar ölkəyə giriş etməmişdən öncə öz əşyalarını yoxlasınlar\”.

Bir müddət öncə İraq təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının üzvlərini həbs etmişdi. Onlardan içərisində partlayıcı maddə qurşadırlmış uşaq oyuncaqları müsadirə olunmuşdı.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi — Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin milad təqvimi ilə 2 dekabr tarixinə təsadüf etmişdi. Bu münasibətlə İrandan İraqa 2 milyon 100 min nəfərdən çox insanın getdiyi bildirilir.

Zəvvarlar təhlükəli  uşaq oyuncaqları gətirdilər

İnterpress.az