Suriya ABŞ-dan  BMT-yə şikayət edibbackend

Suriya ABŞ-dan BMT-yə şikayət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Suriyadan gələn rəsmi açıqlamada da hadisə təsdiqləndi, 3 əsgərin həyatını itirdiyi və BMT-yə 2 xəbərdarlıq məktubu göndərildiyi açıqlanıb. ABŞ isə bu xəbəri təkzib etdi.

Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı, ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyaya məxsus təyyarələrin, böyük hissəsi İŞİD-in əlində olan Deyr Əz Zorda, bir ordu düşərgəsini bombaladığını bildirdi.

Digər tərəfdən ABŞ, Suriya ordusuna aid düşərgənin bombalanması xəbərini təkzib etdi. Koalisiya sözçüsü Stiv Uorren, \”Xəbərləri gördük, amma dünən Deyr Əz Zorda, sözügedən hissəsində heç bir əməliyyat keçirməmişik\” – dedi. Uorren, regionda vurduqları yeganə yerin əsgərlərin öldürüldüyü deyilən nöqtənin 55 km uzaqlığında olduğunu bildirib. ABŞ Xarici İşlər Nazirliyi Müşavir Köməkçisi Brett Makqurk da \”Twitter\” hesabından eyni açıqlamanı verib.

İnterpress.az