İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, Fatih Sarayburnu sahilində yerləşən İspaniya, Kanada və Portuqaliya donanmasına aid üç döyüş gəmisi, səhər saatlarında İstanbuldan ayrılaraq Aralıq dənizinə doğru hərəkət etdi. Döyüş gəmilərini yedəklər də müşayiət edib. Gəmilərin Mərmərə Dənizindən cənuba doğru hərəkət etdiyi bildirildi.
NATO ölkələrinin son dövrdə Aralıq dənizindəki döyüş gəmilərinin sayının artması diqqət çəkir.
İnterpress.az