İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya ordusu, Türkmən Dağı bölgəsində Rusiya qırıcılarının hava dəstəyi ilə irəliləyişini davam etdirir. Ordu, reqionu Azad Suriya Ordusu (ASO) və Əl-Qaidə ilə əlaqəli Əl-Nusra Cəbhəsindən təmizləmək üçün günlərdir ki, böyük bir əməliyyat keçirir. Əməliyyat çərçivəsində bölgədə 20 kəndin ASO-nun və Nusranın əlindən alındığı bildirildi.
Minlərlə Suriya əsgərinin iştirak etdiyi əməliyyatda şiddətli qarşıdurmalar davam edərkən, ordu toqquşmalarda Nusranın çeçen komandiri Əbu Musanı öldürdü. Musadan başqa da ASO və Nusra üzvü 8 hərbiçi öldürülüb. Yaralan silahlılar isə Türkiyə sərhədində gözlədilən təcili yardımlarla Hataydakı xəstəxanalara aparılıb.
Çeçen mənşəli olan 30 yaşlı Əbu Musa, 2 il əvvəl Çeçenistandan Suriyaya gəldi və Əl- Nusranın nəzdnində Suriya ordusuna qarşı vuruşurdu. Suriya ordusu, keçdiyimiz günlərdə də ASO-nun komandiri Məhəmməd Səlim Cavlakı öldürmüşdü.
İnterpress.az