“Günəşli” yatağında baş verən yanğın zamanı itkin düşən 29 nəfərdən 6-nın cəsədi tapılıb – RƏSMİ MƏLUMAT – ADLARbackend

“Günəşli” yatağında baş verən yanğın zamanı itkin düşən 29 nəfərdən 6-nın cəsədi tapılıb – RƏSMİ MƏLUMAT – ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Azneft\” İstehsalat Birliyindən məlumat verilib.

Tapılan şəxslərin kimliyi barədə hələlik məlumat verilmir.

Bununla bağlı detallı açıqlama saat 16:00-da keçirilən brifinqdə veriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında isə bildirilir ki, bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın vaxtlarda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir.

Əlavə məlumat veriləcək.​(apa)

İnterpress.az