İnterpress.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən edilən yazılı açıqlamada, ABŞ hökumətindən, Ukraynanın borcları məsələsində təminatçı olmayacağını bildirən rəsmi bir yazı aldıq. Bu səbəblə borcunu 20 dekabra qədər ödəməməsi halında Ukraynaya cinayət işi açılmasına qərar verdik deyildi.
Habelə açıqlamada, Ukraynanın 2016-cı il büdcəsini hələ qəbul etməmiş olması səbəbindən, ölkənin Beynəlxalq Valyuta Fondundan (BVF) yardım paketinin növbəti hissəsini alıb almayacaq da qeyri-müəyyən olduğu bildirildi.
Rusiya rəsmiləri, Ukraynaya 3 milyard dollarlıq borcunu yenidən qurmasını təklif etmişdi, ancaq bunun üçün ABŞ və Aİ-nın borc qarşısında təminatçı olmasını bildirmişdi.
İnterpress.az