İŞİD-də  qarşı Putin və Əsədlə əməkdaşlıq şərtdır!backend

İŞİD-də qarşı Putin və Əsədlə əməkdaşlıq şərtdır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”BBC Türk\”-ə istinadən xəbər verir ki, Conson Britaniya Parlamentində ötən həftə qəbul olunan ölkənin Suriyada İŞİD əleyhinə koalisiyaya qoşulmaq qərarını müdafiə edərək belə yazıb: \”Mən müharibə üçün səs verməmişəm, müharibəyə son qoyulması üçün səs verdim. Suriyada gedən bir müharibə var, 10 minlərlə insan öldürülüb. İŞİD azğınlarının terror müharibəsini sonsuzluğa qədər davam etdirməsini istəmirəm\”.
İŞİD-in yalnız havadan atılan bombalarla məğlub edilməyəcəyini bildiklərini qeyd edən Conson, \”Yaradacağımız koalisiya ilə bağlı daha yaradıcı olmalıyıq\” dedi. Bu vəziyyətin Rusiya Prezidenti Vladimir Putin ilə əməkdaşlığı zəruri etdiyini bildirən Conson \”Putin amansız və idarə olunan bir zalımdır. Amma bu əxlaqən onunla işləməyin qeyri-mümkün olduğu mənasına gəlirmi\”? deyə sual etdi.

Conson, yazısına belə davam etdi: \”Görmək istədiyimiz işin nəticəsinə diqqət yetirməliyik. Məqsədimiz İŞİD-i yox etməkdir. Bunu müharibə zonasında yerləşən quru qoşunları olmadan edə bilmərik. Qərb hərb qüvvə göndərməyəcəyinə görə əlimizdə yeganə şans var: Əsəd və ordusu. Bunu Putinə güvəndiyim, ya da Əsədi əbədi Suriyanın başında görmək istədiyim üçün demirəm. Amma hər şeyi bir anda edə bilmərik\”.
Conson bu səbəblə Soyuq Müharibə mentalitetinin artıq bir kənara buraxılması lazım olduğunu, İŞİD-dən xilas olma məqsədinin yanında, bütün başqa məqsədlərin ikinci planda olduğunu qeyd edib.

İnterpress.az