Bunu Milli Məclisin deputatı Tahir Kərimli bildirib. Onun sözlərinə görə, bütün məsələlərdə təhlükəsizlik sistemləri yoxlanılmalı idi: “Dənizdə işləyənlər metroloqlarla əlaqəli olurlar. Küləyin vəziyyətini əvvəlcədən bilirlər. Mənim məlumatıma görə, həmin anda BP və digər təşkilatlar hadisənin qarşısını almaq üçün nəzarətində olan əməkdaşlarını sahilə gətiriblər. O, insanları vaxtında sahilə gətirmək lazım idi. Bəlkə külək uzun çəkəcəkdi? Bunu nəzərə almalı idilər”.
T.Kərimli vurğulayıb ki, Fövqaladə Hallar Nazirliyinin əməkdaşları bu hadisədə öz vəzifələrini layiqincə yerinə yetirib: “Nazirliyin əməkdaşları hadisə yerində xeyli sayda insan xilas ediblər, itkin düşənlər axtarılır. Yanğın hələ də davam edir”.
Millət vəkili bu hadisədə xüsusi olaraq, iki variant önə çəkib: “Birincisi tədbir görülüb insanlar əvvəlcədən sahilə gətirilməli idi. İkincisi isə boru xəttləri ciddi şəkildə yoxlanılmalı idi. Dövlət komissiya yaradıb. Hətta bu komissiyaya Milli Təhlükəsizilik Nazirliyinin də əməkdaşları cəlb olunub. Bu hadisənin təxribat olub-olmaması yoxlanılıb, cinayət işində əli olanlar məsuliyyətə cəlb olunacaq”.(Aznews)
Interpress.az