“Günəşli” platformasının keçmiş işçisindən bomba kimi İDDİALAR-VİDEObackend

“Günəşli” platformasının keçmiş işçisindən bomba kimi İDDİALAR-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın keçmiş işçisi İnterpress.az-a “Günəşli” platformasında baş verən yanğının ehtimal olunan səbəblərini aşıqlayıb. Hazırda Almaniyada yaşayan soydaşımızın iddiasına görə ona qarşı edilən haqsızlıqlara dözməyib və mühacir kimi ölkəni tərk edib: “Mənə qarşı rəhbərliyin ədalətsizliyinə dözə bilmədim. Eyni zamanda qanunlarımızın ancaq məmurların xeyrinə işləməsi Azərbaycanda sıravi vətəndaşların həyatını əsl cəhənnəmə çevirib. Mən “Günəşli” platformasındakı “28 May” NQÇİ-də işləmişəm. Bütün Azərbaycanda olduğu kimi neft sənayesində də korrupsiya, rüşvət, yerlibazlıq baş alıb gedir. Bu problemlər ucbatından sağlam insanlar həyatını itirir və ya işsiz qalıb səfil günə düşür”.

Həmsöhbətimiz iddia edir ki, “Günəşli” yatağında baş verən yanğının səbəbi də SOCAR-dakı bu özbaşınalıq və korrupsiya hallarının artmasıdır: “SOCAR-ın müxtəlif yatağlarında belə yanğınlar tez-tez baş verir, amma təlafatsız ötüşür deyə, səsi-sorağı çıxmırdı. İndi sizə təqdim edəcəyim video 3 ay qabaq “Günəşli” platformasındakı yanğın zamanı çəkilib. Yanğın çox güclü idi. Səbəb isə korrupsiya idi. Yanğın zamanı 8 blok alışmışdı. Amma bunu mətbuata sızdırmadılar.

Əslində 3 ay qabaqkı yanğın 4 dekabrda baş verən yanğından daha güclü idi. Sadəcə o zaman havalar isti idi və külək yox idi. Əgər külək olsaydı təlafat çox olacaqdı. Çünki qazma quyusu birbaşa açıq fontana keçmişdi. Bunun da səbəbi işə götürülən zaman qabiliyyətin yoxlanmamasıdır. Çünki 15000 rüşvət verib bu platformada işə düzəlirdilər ki, ayda 800-900 manat maaş ala bilsinlər”. Keçmiş neftçi iddia edir ki, 3 ay əvvəlki yanğın təhlukəsizlik işlərinin düzgün aparılmaması, quyu ağzı avadanlığın düzgün tətbiq edilməməsi ucbatından olub: “Çünki bir quyunun qazılması üçün bütün təhlükəsizlik avadanlığı ilə təmin edilməli, bütün risklər minimuma enməlidi və ən başlıcası hər bir işçis personal qəzalarin ləğvi planini əzbər bilməlidi. Amma işlədiyim 3 il müddətində mən vacib olan bu prosedurların heç birinin tətbiqini görmədim”.

Qeyd: mətndə səslənən iddialara qarşı ARDNŞ-nin mövqeyini yayımlamağa hazırıq

Abuzər
İnterpress.az