Özünə od vuran qadın xəstəxanada öldübackend

Özünə od vuran qadın xəstəxanada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə mərkəzdən məlumat veriblər. Bildirdilər ki, Nəsibə Hüseynova bədəninin 95 faizinin yanığı diaqnozu ilə xəstəxanaya gətirilib: \”Ona tibb müəsisəsində bir neçə gün tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmadı. O, xəstəxanada dünyasını dəyişdi\”.

Hadisə dekabr ayının 3-də Gədəbəy rayonunun Şınıx kəndində qeydə alınıb. Kənd sakini 57 yaşlı qadın intihar məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb. Qadın ailə üzvlərinin köməyi ilə dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilkin tibbi yardım göstərilən qadın Bakıdakı Yanıq Mərkəzinə gətirilib.

Hadisəni araşdıran Gədəbəy Rayon Prokurorluğunun müstəntiqi hadisənin başvermə səbəblərinin hələlik məlum olmadığını, ancaq araşdırmalar davam etdirildiyi bildirdi.

Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.(anspress)

Interpress.az