Bu barədə Interpress.az- a “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, itkin düşən 23 nəfərin, həmçinin “Neft Daşları”nın 3 əməkdaşının axtarışlarının miqyası artırılıb: “Hazırda axtarışların miqyası genişləndirilib. Axtarışlar bütün sərhədboyu ərazilərdə aparılır. Belə ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri axtarışlar aparır. Amma hələ ki, axtarışlar heç bir nəticə verməyib\”.
Birlikdən hələ də yanğını söndürməyin mümkün olmadığını bildiriblər: “Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur\”.
Interpress.az