İnterpress.az Güneyli mənbəyə istinadən xəbər verir ki, yayılan məlumatlara görə, Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Xoylu fəallar dekabrın 9-u axşam saatlarında şəhərin müxtəlif məntəqələrində \”21 Azər\” hərəkatı barədə əhaliyə mükəmməl məlumat verən minlərlə CD paylayıblar. CD-də Azərbaycan Milli Hökumətinin necə yaranması və onun uğrunda şəhid olan qəhrəman fədailər barədə məlumat verilir, Güney Azərbacanın indiki siyasi durumu və şəraiti, eləcə də milli hərəkat qarşısında duran bəzi məsələ və problemlər təhlil edilir.
İnterpress.az