Keçmiş MTN əməkdaşı yazıb ki, bu, hələ Eldar Mahmudovun Qərb ölkələrində aldığı daşınmaz əmlakın ancaq biridir. Əslində isə hakimiyyətdə antiqərb mövqeyinin əsas daşıyıcısı olan Mahmudovun Avropa ölkələrində çoxsaylı mülkləri var.
Ərəstun Oruclu yazır: “Əliyev hakimiyyətində antiqərb isteriyasının ən öndə gedən əsgərlərindən biri olan Eldar Mahmudovun oğlunun 30 milyon funt-sterlinq (təxminən 48 milyon dollar) dəyərində mülkü Londonun mərkəzində “tapıldı”. Amma bu, necə deyərlər, hələ jurnalıdır, çünki Mahmudovların daşınmaz əmlakının əsas hissəsi (təxminən yarım milyard dollarlıq) Avropanın digər ölkələrindədir (əsasən İspaniya və Çexiyada)”.
Interpress.az