İnterpress.az xəbər verir ki, Elçin Qəmbərovun sözlərinə görə, məhkəmə qərar verərkən müttəhimin yaşını və səhhətini də diqqətə alıb.
\”Leyla Yunusun azadlığa çıxması ədalətin bərpası idi. Hakimiyyət sonda doğru olanı etdi və onun üzərindəki həbs qərarı ləğv olundu\”.
Bunu Sputnik-ə açıqlamasında Leyla Yunusun vəkili Elçin Qəmbərov deyib.
Vəkilin sözlərinə görə, məhkəmə qərar verərkən müttəhimin yaşını və səhhətini də diqqətə alıb:
Elçin Qəmbərov, illərdir hüquq müdafiəçisi kimi tanınan Leyla Yunusun məhkəmə prosesini Beynəlxalq Təşkilatların da yaxından izlədiyini qeyd edib.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus 29 iyul 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 320-ci (sənədlərin saxtalaşdırılması) və 178.3.2 (dələduzluq) maddələrilə həbs olunmuşdu.
Dekabrın 9-də Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusu 5 il şərti cəza ilə azadlığa buraxıb. Leyla Yunus məhkəmədəki son sözündə bildirib ki: \”Doktor Jivaqo\” da (red. Boris Pasternakın romanı) deyilir ki, insan həyatı düşərgə tozudur. Onlar məni düşərgə tozuna çeviriblər\”. Bu sözlərdən sonra Leyla Yunusun mikrafonu söndürülüb. O çıxışına davam edə bilməyib.
Məhkəmə sənədlərin saxtalaşdırılması ilə bağlı 320-ci maddəni müddəti keçdiyinə görə hökmdən çıxarıb, o biri maddələr üzrə isə 5 il şərti cəza kəsib.
Məhkəmə Leyla Yunusun həyat yoldaşı politoloq Arif Yunusu də 5 il şərti cəza ilə azadlığa buraxıb.
Həmçinin məhkəmə Yunusların qızı Dinara Yunusun adına olan evin müsadirə edilməsi ilə bağlı qərarı hökmdən çıxarıb.
Qərardan sonra Leyla Yunus arxa qapıdan çıxarılıb. O, əvvəlcə ailə üzvlərinin məzarını ziyarət edib, daha sonra evinə gəlib. \”Arif mənə evlilik təklif edəndə onu babamın məzarına aparmışdım, indi də azadlığa çıxandan sonra onunla birlikdə nənəmin və babamın məzarını ziyarət etdik\” — deyə Leyla Yunus bildirib.
Leyla Yunus Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakları müsadirə olunmaqla 8 il 6 ay, həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Interpress.az