Ərdoğandan şok İran aşıqlamasıbackend

Ərdoğandan şok İran aşıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, \”Türkiyə hər zaman məzhəbçiliyin qarşısında durub, bugün də elədir. Ancaq təəssüf ki, İran və İraq hökumətləri məzhəbçi siyasət aparmaqla bölgədə gərginliyə səbəb olur\”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İranın apardığı siyasət Yaxın Şərqdəki vəziyyəti olduqca təhlükəli məcraya sürükləyir. Ərdoğan Tehran rəhbərliyinin, qonşu ölkələrdə, xüsusilə də İraqda məzhəbçi siyasət güddüyünü qeyd edib.
Türkiyə prezidenti, Mosuldakı türk hərbi birliyi səbəbilə İraqla aralarında yaşanan problemə də toxunub. Prezident, hazırki Bağdad rəhbərliyinin Tehranın təsiri ilə hərəkət etdiyini söyləyib.
\”Həmin türk əsgərləri keçən il İraqın baş naziri Haydar İbadinin rəsmi dəvətilə İŞİD təhlükəsinə qarşı Mosula yerləşdiriliblər. İndi birdən-birə nə oldu ki, rəsmi Bağdad fikir dəyişdirəsi oldu. Onları kimlərin yönləndirdiyini biz çox yaxşı bilirik\” deyə Ərdoğan əlavə edib.

Interpress.az