İnterpress.az rus mətbuatına istinadən xəbər verir ki, Zaxarova, Türkiyənin Mosula əsgər göndərərək beynəlxalq hüququ pozmuş olduğunu ifadə etdi.
Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova, təşkil etdiyi mətbuat konfransında, Ankaranın, Rusiyanın Suriyadakı Lazkiyə şəhərində “etnik təmizləmə” aparması istiqamətindəki “iddiasını \’\’ əsassız olaraq xarakterizə etdi.
Zaxarova: \’\’Ankaranın bu iddialarla Rusiyanı günahlandırması, Türkiyə rəhbərliyinin Suriyada nələr olub bitdiyindən xəbərsiz olması və həqiqətdən nə qədər uzaq olduğunu göstərir. Ankaranın bu şərhləri mənə gücsüz birinin təcavüzkarlığını xatırladır \’\’ dedi.
Digər tərəfdən Türkiyənin İraqın Mosul şəhərində əsgər göndərməsinə də toxunan Zaxarova, \’\’ Türkiyə bu hərəkətiylə beynəlxalq hüququ açıq-aşkar tapdaladı \’\’ kimi şərh etdi.
Interpress.az