ABŞ-ın insansız sualtı gəmiləri 24 testdən çıxmadıbackend

ABŞ-ın insansız sualtı gəmiləri 24 testdən çıxmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Bloomberg\”-ə istinadən xəbər verir ki, ABŞ Donanması üçün istehsal edilən insansız sualtı qayıqları, sentyabr 2014-cü ildən, avqust 2015-ci ilə qədər cəmi 24 testdən keçdi. Amma nəticələr uğursuz oldu.

ABŞ Dəniz Qüvvələri, ölkənin ən böyük müdafiə sənayesi istehsalçısı \”Lockheed Martin\”-in inkişaf etdirdiyi insansız sualtı gəmilərindən 54 ədəd satın almağı və bu sahədə 864 milyon dollarlıq investisiya qoymağı planlaşdırırdı. Testlərin uğursuz olması səbəbindən müqavilənin imzalanması müddətsiz olaraq təxirə salınıb.

Xəbərdə, ABŞ Dəniz Qüvvələri tərəfindən tapşırılan müstəqil yoxlama şirkətinin,sualtı qayıqların kifayət qədər etibarlı olmaması nəticəsinə gəldiyi də qeyd olunub.

Interpress.az