Dövlət Departamentinin mətbuat katibi Con Kirbi keçirdiyi mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağda qoşunların təmas xəttində gərginliyin artması, ağır silahlardan istifadə qəbuledilməzdir və tərəflər atəşkəs rejiminə sadiq qalmalıdır.
Con Kirbi Dağlıq Qarabağ bölgəsində son günlər baş vermiş insident zamanı ölənlərin olmasından narahatlığını ifadə edib:
“Biz, tərəflərə xatırlatmaq istəyirik ki, bu cür hücumlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesində Azərbaycan və Ermənistan prezidentlərinin qəbul etdiyi öhdəliklərə ziddir. Bu ayın sonunda ATƏT-in Minsk qrupu həmsədrləri prezidentlər arasında yeni görüş təşkil edəcək. Biz tərəfləri gərginliyi aradan qaldırmağa və danışıqların mülayim zəmində keçməsi üçün əllərindən gələni etməyə çağırırıq”. ( anspress.com )
İnterpress.az