İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, “Time” jurnalı Almaniya kansleri Anqela Merkeli 2015-ci ilin adamı elan edib.
Jurnalın baş redaktorunun müavini Radhika Cons bildirib ki, xanım Merkel Avropada baş verən iqtisadi böhranı məharətlə idarə edib. O, Vladimir Putinlə Ukrayna münaqişəsində danışıqlarda əsas müzakirəçi olub. Ən əsası isə Suriyadan gələn qaçqınlar barədə mənəvi liderlik göstərib.
Merkel Time jurnalının ilin adamı elan etdiyi dördüncü alman kansleridir.
İnterpress.az