Con Kerri danışıqlar aparmaq üçün Moskvaya səfər edəcəkbackend

Con Kerri danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Con Kerri bu açıqlamanı Parisdə iqlim dəyişikliyinə dair konfrans çərçivəsində verərək, Rusiya prezidenti və xarici işlər naziri ilə görüşmək istədiyini deyib.
Kerri Rusiyanın Suriyada hərbi və siyasi maraqlarına baxmayaraq, Moskvanın Suriyada böhranın sona çatdırılması istiqamətində konstruktiv mövqeyini qeyd edib.

“Onlar bizə bu prosesdə yardım edib. Rusiya Vyana prosesinin baş tutmasında, onun uğurlu olmasında konstruktiv olub və mənim fikrimcə, onlar orada siyasi həllin olmasını istəyir”-deyə Kerri bildirib.
Con Kerri Moskvada danışıqların keçiriləcəyi dəqiq tarixi göstərməyib, lakin müzakirələrin Suriyada siyasi prosesin irəliləməsinə nail olmaq məqsədilə Nyu-Yorkda dekabrın 18-i planlaşdırılmış görüşdən öncə baş tutacağı gözlənilir.
Prezident Vladimir Putinin Con Kerri ilə görüşəcəyi ilə bağlı sualı cavablandıran mətbiat katibi Dmitri Peskov İnterfaks agentliyinə Kremlin bu görüşü istisna etmədiyini deyib.
Bu, Con Kerrinin 2013-cü ilin may ayından sonra Moskvaya ilk səfəri olaraq. ABŞ Dövlət katibi Rusiyaya səfəri zamanı Soçidə prezident Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrovla görüşmüşdü.

İnterpress.az