Ən çox axtarılan terrorçuların siyahısında olan İŞİD təlimatçısının Türkiyənin Diyarbakır, Ankara və Suruç qətliamlarının əmrini verdiyi bəlli olub.
Başına 3 milyon lirə (1 milyon 100 min manat) pul kəsilən İlhami Balı İŞİD terror təşkilatında “Türkiyə şeyxi” ləqəbi ilə tanınır. Türkiyə ilə bağlı bütün terror əməliyyatlarının təlimatını və əmrini bu qatil verir.
İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kobani İŞİD-ın əlindən alındıqdan sonra İlhami Balının nüfuzu heçə enib.
Ankarada 10 oktayabrda 102 nəfərin həyatını itirdiyi terrorun da təlimatını bu terrorçunun verdiyi bəlli olub.
Kod adı “Əbubəkr” olan 33 yaşlı İlhami Balı Hatayda doğulub. Onun 2002-ci ildən terrorçulara qoşulduğu deyilir.
O, əl-Kaidə üzvü kimi həbs edilərək 3 il zindanda saxlanılıb.lakin həbsdən azad olan kimi əl-Nusraya, daha sonra 2013-cü ildə İŞİD terrorçularına qoşulub.
İnterpress.azhttps://youtube.com/watch?v=lb2-I6cyJy8