Suriya müxalifəti və üsyançılar: “Əsədlə danışmaq “istəmirik!”backend

Suriya müxalifəti və üsyançılar: “Əsədlə danışmaq “istəmirik!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda Suriyada \”bütün sektorları təqdim edən yeni plüralist rejim\” üçün çağırış edilir.
O da vurğulanır ki, Prezident Bəşər Əsəd və onun köməkçiləri keçid dövründə rol oynaya bilməz.
Səudiyyə Ərəbistanının paytaxtında baş tutan iki günlük konfransda Qərbin dəstəklədiyi siyasi müxalifət alyansının nümayəndələri olan Milli Koalisiya və Milli Koordinasiya Komitəsi iştirak edib.
Konfransa əsas üsyançı qruplaşmaların əksəriyyəti, o cümlədən Ahrar əl-Şam da nümayəndə heyəti göndərib.
Ahrar əl-Şam kimi güclü qiyamçı qruplaşmanın da bəyanatı imzalaması barədə ziddiyyətli məlumatlar var. Bir müddət əvvəl qruplaşma hökumətə yaxın hesab etdiyi şəxslərə daha çox əhəmiyyət verilməsi barədə şikayətlənib.
Lakin bildirib ki, qruplaşma iki günlük danışıqların sonunda bəyanatın surətini imzalayıb.
Şimali Suriyanın böyük hissəsini nəzarətdə saxlayan Suriya kürdləri isə, Ər-Riyada dəvət olunmayıb. Onlar Suriyanın gələcəyi ilə bağlı öz konfranslarını keçiriblər.
Dünya dövlətləri vahid müxalifət nümayəndə heyəti və prezident Bəşər Əsəd hökuməti arasında 4 il yarımlıq münaqişənin siyasi həllinin tapılması üçün danışıqların aparılmasını istəyir.
Əvvəllər müxalifət qrupları prezident Əsədin danışıqlar baş tutmadan getməsini istəyiblər. Amma bəyanatda deyilir ki, keçid hökuməti qurulana qədər onun qalmasına icazə veriləcək.
Suriyada 2011-ci ilin martında Bəşər Əsədin əleyhinə baş tutmuş üsyan başlayandan bəri 250 mindən artıq adam həlak olub. 11 milyon əhali isə evlərini tərk etməyə məcbur olublar.
Bəşər Əsədin müttəfiqi Rusiya bu ilin sentyabrından Əsəd hakimiyyəti ilə döyüşən üsyançı qruplaşmalara qarşı hava kampaniyasına başlayıb.
Bəşər Əsəd seçkilər baş tutmamış vəzifədən getməyəcəyini bildirib və deyib ki, sülh danışıqları ölkə \”terroristlər\” tərəfindən işğal altında olarkən aparıla bilməz. O, bütün rəqiblərini təsvir etmək üçün \”terrorist\” ifadəsini işlədir.
ABŞ Dövlət Katibi Con Kerrinin sözlərinə görə, Ərəb dövlətləri Liqası, Avropa İttifaqı, BMT və digər 17 ölkənin daxil olduğu yeni Suriyaya Beynəlxalq Dəstək qrupu dekabrın 18-də \”Nyu-Yorkda baş tutacaq potensial görüş üzərində işləyir\”.

İnterpress.az