İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Stiv Uorren Amerikanın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın keçirdiyi əməliyyat zamanı İŞİD-in daha 3 liderinin məhv edildiyini bildirib.
Sputnik-in məlumatına görə, Stiv Uorren hava zərbələri nəticəsində İŞİD-in \”maliyyə naziri\” Əbu Salah və daha iki liderinin məhv edildiyini bildirib.
Bundan əvvəl Pentaqon İŞİD-in Liviyadakı qolunun lideri Əbu Nabilin məhv edildiyini təsdiqləyib.
İnterpress.az