Suriyalı müxaliflər bir dam altında birləşə bilmədilərbackend

Suriyalı müxaliflər bir dam altında birləşə bilmədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının təşkilatçılığında təxminən 100 nümayəndə Ər-Riyadda bir monitorinq və bir müzakirə heyətini müəyyənləşdirdi. Ər-Riyaddan təcrid olanlar isə Kürdlərin rəhbərliyi altında Derikdə yığışıb məclis qurdu. Hər iki qrupa qoşulmayanlar isə, Dəməşqdə bir araya gəldi.
PYD və YPG, özünə yaxın qrup və adamlarla birlikdə 8-9 dekabrda Derikdə təşkil etdikləri Demokratik Suriya Konqresində bir məclis təşkil ediblər. Rimelanda 103 nəfərin iştirak etdiyi iclasda \”azad və demokratik Suriyanın inşası üçün 42 nəfərlik\” Demokratik Suriya Məclisi quruldu.
Məclis Suriyadakı böhranın dinc müzakirə ilə həll edilməsi, terrorizmə qarşı mübarizə edilməsi, Suriyanın siyasi transformasiya üçün azad və demokratik seçkilərin keçirilməsi, xalqların inanc və mədəniyyətlərinin təminat altına alınması və demokratik konstitusiyanın yazılmasını hədəf kimi müəyyənləşdirdi. PYD, YPG, YPG-nin Kürd, Ərəb və Süryanilərlə birlikdə qurduğu Suriya Demokratik Qüvvələri, ABŞ-ın istəməsinə baxmayaraq, Ər-Riyada dəvət edilməmişdilər.

100 nəfərin dəvət edildiyi Səudiyyə Ərəbistandakı iclasda isə müzakirələrə liderlik etmək üçün 32 nəfərlik ali şura yaradılması qərara alınıb. Şurada Suriya Müxalifət və İnqilabçı Qüvvələr Milli Koalisiya və Suriya Milli Şurası ağırlığını qoruyarkən, silahlı qruplara 10, bitərəf 8 nümayəndəlik ayrılıb.
Toplantıda Suriyanın birliyi, demokratik və sivil dövlət, bütün terror aktları və xarici döyüşçülərin rəddi, dövlət müəssisələrinin qorunması və ordunun yenidən qurulması mövzularında razılaşdırılıb. Ər-Riyada dəvət edilən silahlı 15 təşkilat arasında keçmiş Əl-Qaidə üzvlərinin qurduğu və şəri rejim istəyən Əhrar əl-Şam da yer aldı. Ancaq Əhrar konfransın ikinci günü rejim tərəfdarı olan faktorlara yer verildiyi səbəbilə prosesdən çəkildi.
Ər-Riyad və Rimelanda Dəməşqlə danışıqlar üçün iki fərqli struktur formalaşarkən, üçüncü bir səs Dəməşqdən gəldi. Dəməşqdəki alternativ toplantıda Həmrəylik Partiyası, Milli Gənclik Partiyası və Milli Demokratik Hərəkat Qrupu kimi 15 təşkilat iştirak edib. Bu təşkilatlar 2011-ci ildəki islahat paketini qəbul etmişdi. Bunlardan bəziləri Əsədə qarşı mitinqlərə də qatıldı.

Ər-Riyadda meydana çıxan siyasi tərəflər Dərikdə və Dəməşqdə toplaşan qrupları Əsəd, ya da Rusiyanın nəzarətində olmaqla günahlandırır. Ər-Riyadda toplaşanlar isə cihadçılara güzəşt etməklə tənqid edilir.

Ər-Riyadda Suriyalı müxaliflərin görüşünə ev sahibliyi edən Səudiyyə Xarici İşlər Naziri Adil əl-Cübeyr \”Əsəd ya müzakirələrlə gedər, ya da zorla\” deyə təhdid ilə danışdı. İclasda müzakirələrə rəhbərlik etmələri üçün 32 nəfərlik ali şura yaradılarkən yekun bəyannaməsində Suriya lideri Bəşər Əsəd və müavinlərinin keçid prosesinin əvvəlində istefa etmələri şərti qoyuldu.
Görüş iştirakçıları konfransın sonunda Səudiyyə Ərəbistan Kralı Salmanı ziyarət etdilər. ABŞ Dövlət Katibi Con Kerri isə Səudiyyə, Rus və Qətərli həmkarları ilə Vyananın davamının 18 dekabrda Nyu- Yorkda keçirilməsi təklifini müzakirə edərkən, Ər-Riyad görüşünün konstruktiv keçdiyini qeyd edib. Kerri, \”İrəliləyiş əldə etdik, ancaq hələ də öhdəsindən gəlməyimiz lazım olan bəzi çətin məsələlər var\” dedi. Ər-Riyad iclası ilə bağlı səssiz qalmağı üstün tutan Rusiya və İran, Səudiyyə Ərəbistanını, Vyana prossesinin ruhuna zidd davranmaqda və İŞİD ilə əlaqəli qrupları dəvət etməklə günahlandırdı.

İnterpress.az