İnterpress.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Şəki şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Kiçik Dəhnə kənd sakini Əzizbala Nəzirovun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi kəsilmiş ov tüfəngi, 4 ədəd patron, 36 ədəd yayılması və təbliği qadağan olunmuş dini ədəbiyyat, 26 ədəd CD disklər aşkar edilərək götürülüb.
Ə.Nəzirov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
İnterpress.az