İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, \”Rusiya və Avropa – Böhrandan Çıxış Yolları\” adlı konfransda çıxış edən Borodavkin, Brüsselin Ukrayna böhranına səbəb göstərərək Moskvaya qarşı tətbiq etdiyi sanksiyaları tənqid etdi.
Tək tərəfli sanksiyaların insan hüquq və azadlıqlarını pozduğunu vurğulayan Borodavkin \”Aİ, Rusiya ilə münasibətlərində insan hüquqlarını birbaşa pozur. Bizə qarşı səsləndirilən birtərəfli sanksiyalar, yalnız beynəlxalq hüquq baxımından qeyri qanuni olmaqla bərabər, eyni zamanda Rus vətəndaşlarının səyahət azadlığını və inkişafına də mane olur\” dedi.
Aİ-na \”Rusiyanın son 25 il ərzində insan hüquqları sahəsində qeyd edilən irəliləyişini hiss etməsi üçün\” çağırışı edən Borodavkin,\” Avropa, bir əsrdir ki, bunu istəyirdi. Digər tərəfdən, terror təhdidi və qeyri-qanuni miqrasiya axını ilə qarşılaşaraq, Avropadakı insan haqları dəyərlərinin iç üzünü də görmək üçün özümüzü görməməzliyə vura bilmərik\” ifadələrini istifadə etdi.
Borodavkin, Rusiyanın Qərb ilə insan hüquq və azadlıqlarının qorunması mövzusunda dürüst və bərabər dialoqda tərəf olduğunu vurğuladı.
İnterpress.az