Bakıda avtomobil aşıb, sərnişin ölübbackend

Bakıda avtomobil aşıb, sərnişin ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 10-da saat 11.00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Qazax rayon sakini Elçin Mustafayev idarə etdiyi “Ford Tranzit” markalı avtomobili aşırıb.

Nəticədə onun sərnişinlərindən Hacıqabul rayon sakini Nemət Eminov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktlarla bağlı araşdırma aparılır.

İnterpress.az