Bu haqda məlumatı Fələstin KİV-ləri yayımlayıb.
Fələstin xalqı bugün cümə namazından sonra “Qəzəb cüməsi” adlı ümumxalq etirazları keçirəcək. Fələstinli qruplar əhalini Sionist rejiminin cinayətlərinə qarşı qiyamı gücləndirməyə çağırıblar.
Məlumatda bildilirlir ki, Həmas-ın Əl-Xəlil əyaləti üzrə nümayəndəliyi ötən gün bəyanat yayaraq əhalini Sionist rejiminin cinayətlərinə qarşı “Qəzəb cüməsi” askiyasında aktiv iştirak etməyə çağırıb.
Bəyanatda bildirilir: Qüds intifadası, birinci intifadanın xatirəsini anmaq və HƏMAS-ın yaradılmasının il dönümü münasibəti ilə cümə günü keçirilən aksiyalarda iştirak etməyə dəvət edirik. Ramullahdakı islami və milli qruplar bu mitinqdə gənclərin yanında olacaqlar.(maide.az)
İnterpress.az